SON DƏQİQƏ

Düşmən mövqeyinin qırıldığı an-8 NOYABR

Tarix:

6-11-2023, 10:08

/ 1 976 dəfə oxundu.
Düşmən mövqeyinin qırıldığı an-8 NOYABR

GunAz.az xəbər verir ki, YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və 108 saylı orta məktəbin birgə iştirakı ilə 8 Noyabr Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində  növbəti tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki,  Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.

Görüşdə iştirak edən Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

Tədbir daha sonra bədii hissə ilə davam edib və sonda xatirə şəkli çəkdirilmişdir.





скачать dle 12.1

Şərhlər