SON DƏQİQƏ

Elnarə Abdullayevaya ağır itki — FOTO

Tarix:

Bu gün, 10:48

/ 3 242 dəfə oxundu.
Elnarə Abdullayevaya ağır itki — FOTO

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.
GunAz.az xəbər verir ki, bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edərək kədərini izləyiciləri ilə bölüşüb.
Belə ki, sənətçinin qardaşı Yaqub vəfat edib.
"Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Sənin gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, kaş ki, səni bir dəfə də olsun qucaqlaya, səsini bir dəfə də eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.
Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin".
 
скачать dle 12.1

Şərhlər