
Hünər səndə, qeyrət səndə
Sən, ey qəhrəman şəhidim!
Bir yenilməz qüvvət səndə,
Sən, ey qəhrəman şəhidim!
Açıb şahin qanadını,
Tarixə yazdın adını.
Dünya gördü inadını!
Sən ey qəhrəman şəhidim!
Sən ey cənnətlərdə bitən,
Fəxr eyləyir səninlə Vətən!
Şəhid oldun, ölmədin sən,
Sən ey qəhrəman şəhidim!
Unudarmı vicdan səni?
Qoca, uşaq, cavan səni.
Anam Azərbaycan səni,
Sən ey qəhrəman şəhidim!
Güləmail Murad































