
ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni aviazərbələr endirib.
GunAz.az xəbər verir ki, bu barədə "ABC News" amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb. Aviazərbələrin bir neçə saat davam etdiyi bildirilir.
İranın "Mehr" agentliyinin məlumatına görə, "düşmən mərmisi" Qeşm adasına düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Digər tərəfdən, İranın "Fars" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ-nin Bəhreyndəki "Şeyx İsa" aviabazası və ABŞ-nin Beşinci Donanmasının bazası intensiv raket zərbələrinə məruz qalıb. Mənbənin sözlərinə görə, Bəhreyn istiqamətində hərəkət edən bütün təyyarələr marşrutlarını dəyişib və bölgədə xəbərdarlıq siqnalları işə düşüb.































