
Oturaq həyat tərzinin bir sıra mənfi cəhətləri var.
GunAz.az xəbər verir ki, psixoloq Meqan Qlenn və Harvard professoru Devid Sinkler "Yahoo Health"ə açıqlamalarında oturaq həyat tərzinin sağlamlığa mənfi təsirlərindən danışıblar.
Qlenn bildirib ki, uzun müddət hərəkətsiz qalmaq təkcə üzün və bədənin deyil, beynin də daha tez qocalmasına səbəb ola bilər.
Devid Sinkler isə qeyd edib ki, araşdırmalar oturaq həyat tərzinin beyinə qan axınını azaltdığını, insulin müqavimətinə səbəb olduğunu və idrak problemləri riskini artırdığını göstərir.
Mütəxəssisin sözlərinə görə, bu riskləri azaltmaq üçün mütləq idman zalına getmək lazım deyil. Gündəlik gəzintilər etmək və gün ərzində mütəmadi hərəkət etmək kifayət edə bilər.































