
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu start götürüb.
GunAz.az xəbər verir ki, qarşılaşma "Park Holl" stadionunda keçirilir.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.
Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.































