SON DƏQİQƏ
» » “Çelsi” klub tarixinin ən bahalı transferini həyata keçirdi

“Çelsi” klub tarixinin ən bahalı transferini həyata keçirdi

Tarix:

Bu gün, 11:00

/ 2 345 dəfə oxundu.
“Çelsi” klub tarixinin ən bahalı transferini həyata keçirdi

“Çelsi” klubu İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocersi rekord məbləğə “Aston Villa”dan transfer edib.
GunAz.az 
“Sky Sports” telekanalına istinadla xəbər verir ki, bu barədə klubun Londondakı mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, transfer qiyməti 117 milyon funt sterlinq təşkil edib və və bununla da “Çelsi” klub tarixindəki ən bahalı transferini həyata keçirib.
Digər tərəfdən, Rocerslə müqavilənin İngiltərə Premyer Liqasında ikinci ən böyük müqavilə olduğu bildirilib.
Belə ki, ötən yay isveçli hücumçu Aleksandr İsak “Nyukasl”dan 125 milyon funt sterlinqə “Liverpul”a keçib.
Telakanlın məlumatına görə, Rocerslə müqavilə 2033-cü ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Morqan Rocers 23 yaşındadır. Ötən mövsüm yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 35 oyunda 10 qol vurub və yeddi məhsuldar ötürmə edib. O, İngiltərə millisində Dünya Kubokunda yeddi oyun keçirib və iki məhsuldar ötürmə edib. Dünya kubokunuun bürünc medalçısı ümumilikdə milli komandada 22 oyun keçirib.
Xatırladaq ki, “Çelsi” ötən mövsüm İngiltərə Premyer Liqasında 10-cu yeri tutaraq Avropa yarışlarına vəsiqə qazana bilməyib. “Aston Villa” isə ötən mövsüm İngiltərə Premyer Liqasında dördüncü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.
скачать dle 12.1

Şərhlər