SON DƏQİQƏ
» » Məktəblər iyunun 30-da bağlanacaq- Bu bizə NƏ VERƏCƏK

Məktəblər iyunun 30-da bağlanacaq- Bu bizə NƏ VERƏCƏK

Tarix:

5-06-2021, 09:01

/ 1 382 dəfə oxundu.
Məktəblər iyunun 30-da bağlanacaq- Bu bizə NƏ VERƏCƏK

İyunun 15-də ümumtəhsil müəssisələrində tədris başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək.
Qırx dörd faiz yay məktəbinin təşkilinə "hə" deyib?
Qeyd edək ki, Təhsil Nazirliyi yay məktəblərinin təşkili ilə bağlı qərarı keçirilmiş sorğu əsasında verib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, sorğu nəticəsində 44% respondent yay məktəbinin təşkilinə müsbət rəy verib. Nazir deyib ki, bu I-IX siniflərdə təhsil alan təqribən 1,350,000 şagirddən 600,000 nəfərinin valideyninin övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləməsi deməkdir: "Hətta sorğuda mümkün xətaları nəzərə alsaq, bu say 500,000-nə (yarım milyon) yaxındır. Təhsil Nazirliyi olaraq yüz minlərlə şagirdimizin öyrənməsini təmin etmək bizim əsas vəzifəmizdir. Hər hansı səbəbdən bu təşəbbüsə qoşulmaq istəməyən valideynlərin seçimini də anlayışla qarşılayırıq. Xatırlatmaq istərdim ki, yay məktəbləri könüllü və ödənişsiz əsasda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq təşkil ediləcək".
Yay məktəbləri necə olacaq?
Nazirlikdən bildirdilər ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslər də olacaq.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, yay məktəbində dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər. O qeyd edib ki, iki həftəlik yay məktəbi bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: "Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil".
V.Yaqublu əlavə edib ki, yay məktəbinin təşkili bütün məktəblər üçün keçərlidir: "Bir dərs müddəti 45 dəqiqə olacaq. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək".
Bəs görəsən, Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri şagirdlər üçün faydalı olacaqmı? Əslində yay məktəbləri necə təşkil edilməlidir? Sputnik Azərbaycan valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.
"İki həftəyə uşaq nə öyrənəcək" deyənlərə cavab...
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik-ə açıqlamasında bildirib ki, nazirliyin yay məktəblərinin təşkili ilə bağlı qərarı alqışlanmalıdır. Ekspert deyir ki, xüsusilə pandemiya dövründə yay məktəblərinin keçirilməsi zəruridir: "Məsafədən təhsil zamanı bir çox boşluqlar yarandı. Dərslər gah distant, gah əyani, gah da hibrid keçirildi. Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də yay məktəblərinin təşkilidir. Bəzən sosial şəbəkələrdə yay məktəbləri keçirilməmiş onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu doğru fikir deyil. Yay məktəblərinin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, yay məktəblərinin təşkilinin şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik yay məktəbləri ödənişsiz və könüllüdür".
N.İsrafilov bildirir ki, yay məktəblərinin müddətinin iki həftə olması, bu müddətdə şagirdlərin lazımi bilik əldə edə bilməyəcəyi barədə mülahizələr də əsassızdır. Ekspert deyir ki, iki həftə öyrənmək bilik əldə etmək üçün elə də az müddət deyil. Onun sözlərinə görə, yay məktəbləri iki həftə uşaqların vaxtının səmərəli keçməsinə imkan yaradacaq.
Yay məktəbləri yay düşərgələri ilə əvəzlənə bilər
Həmsöhbətimiz bildirir ki, yay məktəbləri təcrübəsi sovet dövründə də olub. Onun sözlərinə görə, sovet dövründə yay düşərgələri məktəblilərin tətil müddətində asudə vaxtının səmərəli keçirilməsi baxımından əhəmiyyət daşıyıb: "Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi vardı. Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində hər öyrənir, həmçinin də dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür. Yay məktəbləri, yay düşərgələri uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri tam olaraq bu funksiyaları yerinə yetirməyə hədəflənməsə də, ümumilikdə pandemiyanın təhsilə təsirini azaltmaq baxımından faydalı olacaq.
Ekspert deyir ki, pandemiya dövründə təşkil olunmuş yay məktəbləri bundan sonra ənənə halını ala bilər. Yay məktəbləri gələcəkdə yay düşərgələrinin geniş miqyasda həyata keçirilməsinə stimul verə bilər.
Yay məktəbləri keçirilsin, amma formal yox!
Təhsil üzrə ekspert Kamran Əsədov da yay məktəblərinin pandemiya dövründə təşkilini vacib hesab edir. K.Əsədov deyir ki, pandemiya dövründə təhsildə fasilələr, təhsilin formasının tez-tez dəyişməsi şagirdlərə bir il ərzində lazımi bilikləri əldə etməyə imkan verməyib. Ekspert deyir ki, yay məktəblərinin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq: "Müəyyən fənlər vardı ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər. Sorğuda 44 faizin yay məktəblərinin keçirilməsinəmüsbət rəy verməsi də onu göstərir ki, valideynlər bu dərslərin keçirilməsini istəyir.
Ekspert bildirir ki, yay məktəblərinin keyfiyyətli olması müəllimlərdən asılı olacaq.sputnik.az
скачать dle 12.1

Şərhlər