
"Qodzilla" haqqında iki filmdə rol almış eşitmə məhdudiyyətli aktrisa Keyli Hottl yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
GunAz.az bildirir ki, bu barədə TMZ nəşri mərhumun atası Coşua Hottla istinadən xəbər verib.
Qeyd olunub ki, 18 yaşlı aktrisanın iştirakı ilə ölümcül avtomobil qəzası səhər saatlarında ABŞ-nin Merilend ştatında baş verib.
Keyli Hottl 2021-ci ildə "Qodzilla Konqa qarşı" filmində Ciya rolunu - Kinq-Konqla jest dili vasitəsilə ünsiyyət quran yeniyetmə qızı canlandırıb. Aktrisa 2024-cü ildə işıq üzü görən "Qodzilla və Konq: Yeni imperiya" filmində də Ciya rolun canlandırmışdı.































