SON DƏQİQƏ

Uşaq bağçasında Zəfər Günü qeyd edildi

Tarix:

8-11-2022, 19:29

/ 2 411 dəfə oxundu.
Uşaq bağçasında Zəfər Günü qeyd edildi

5 noyabr 2022-ci ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 8 Noyabr ZƏFƏR Günü həmin bağçanın kollektivinin, Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə qeyd edildi. Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, bağçanın müdiri Əsli Alıyeva, bütün müəllim və pedoqoji heyət, azyaşlı uşaqlar, şəhid ailələrinin üzvləri, qazilər, uşaqların valideynləri iştirak edirdilər. Əvvəlcə iştirakçılar bağçanın həyətində Şəhid Vüqar Əsədovun büstünü ziyarət edib, önünə tər gül dəstələri düzdülər.

Daha sonra bağçanın akt zalında keçirilən tədbirdə Dövlət Himni oxundu, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən bağçanın müdiri Əsli Alıyeva əlamətdar gün -Zəfər Günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik edərək sözü Yeni Azərbaycan Partiyasının sədri Qafar Əliyevə verib. Qafar Əliyev 44 Günlük müharibənin və Zəfər Gününün əhəmiyyəti barədə danışaraq ölkəmizdə, o cümlədən Qaradağ rayonunda müharibədən sonra əldə olunan uğurlardan, görülən işlərdən ətraflı danışıb və əldə olunan bu böyük Qələbəni Xalqımızın, Heydər Əliyev ideyalarının, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, Türk və Müsəlman dünyasının böyük qələbəsi adlandırıb. Daha sonra tədbir çox maraqlı və yaddaqalan ədəbi bədii komposiziya ilə davam etdirilib Tədbirin sonunda YAP-ın yaradılmasının 30 illiyi münasibəti ilə partiyanın işində və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən Alıyeva Əsli Əsəd qızı YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tərəfindən Fəxri Fərmanla təltif olundu.
 
AZAD RZAZADƏ
Uşaq bağçasında Zəfər Günü qeyd edildi
Uşaq bağçasında Zəfər Günü qeyd edildi
Uşaq bağçasında Zəfər Günü qeyd edildi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ