SON DƏQİQƏ
» » Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib

Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib

Tarix:

31-08-2022, 17:32

/ 2 359 dəfə oxundu.
Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib

29 avqust 2022-ci ildə Şəhid İbrahimov Elnur Dönməz oğlunun doğum günü münasibətlə -YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Həsrət Almasov, YAP Qaradağ rayon təşkilatının aparat işçiləri, bir qrup şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə birlikdə Ələt qəsəbəsindəki şəhidin adına salınmış parkda tədbir keçirilib. 

Dövlət himni səsləndirildikdən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxış üçün söz alan millət vəkili Aydın Hüseynov 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin əhəmiyyətindən, bu uğurun qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin rolundan və şəhidlərimizin qəhrəmanlığından bəhs etdi. 

Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək II Qarabağ  Vətən Müharibəsində şəhid olan Elnur İbrahimovun keçdiyi döyüş və qəhrəmanlıq yolundan, onun xidmətlərindən danışaraq valideynlərinə və yaxınlarına  baş sağlığı verdi.

Tədbirdə  Ələt Bələdiyyəsinin sədri Azad Musayev, Ələt qəsəbə Ağsaqqalar Şurasının sədri Qurbanqulu Rəhimov, qəsəbə ağsaqqalı Vahid Vahidov, şəhid Kamal Mirzəyevin atası Əjdər Mirzəyev,  14 saylı Peşə Məktəbinin müəllimi Elxan Lətifov,  Qarabağ müharibəsi veteranları – Pərvin Əliyev, Nail Bayramov, Rəfael Abbasov, Rəhim Gərayev, Şahin Hüseynov çıxış edərək şəhid Elnur İbrahimov barədə xatirələrini paylaşdılar. Tədbirin sonunda 127 saylı məktəbin müəlliməsi Mələk Yasinova və həmin məktəbin şagirdləri şeir kompazisiyası təqdim etdilər. Yekunda şəhidin valideynləri: atası Dönməz İbrahimov və  anası Ruhəngiz İbrahimova tədbirin təşkilinə,  göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.

Qeyd edək ki, Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda"   və  "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib
Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib
Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib
Şəhid İbrahimov Elnurun adına salınmış parkda tədbir keçirilib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ