SON DƏQİQƏ
» » Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub

Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub

Tarix:

25-08-2022, 19:55

/ 2 364 dəfə oxundu.
Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub

25 avqust 2022-ci ildə Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun doğum günüdür. Bu münasibətlə biz -YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və YAP Qaradağ rayon təşkilatının aparat işçiləri, Qaradağ rayonunun İcra Hakimiyyəti Başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisinin müavini Zaur Əliyev, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Röyal Əşrəfov və bir qrup şəhid ailələrinin üzvləri ilə birlikdə Lökbatan qəsəbəsindəki şəhidlər məzarlığına baş çəkdik. 

Şəhid İsmayılzadə Səməndər Vahid oğlu 1990-cı ilin avqust ayının 25-də Yevlax şəhərində anadan olmuşdur. Atasının yolu ilə gedən Səməndər ana babasının adını daşıyırdı. Atası baş leytenant Vahid İsmayılov I Qarabağ müharibəsində yaralanmış ikinci qrup əlil idi. Təəssüf ki, 2018-ci ildə dünyasını dəyişmişdir.

Səməndər 1996-cı ildə Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin I sinifinə getmiş, 2007-ci ildə məktəbi bitirmişdir. Bir az diş texniki kimi çalışmışdır. O, gözünü açıb evdə atasını hərbçi görmüşdü. Odur ki, hərbə çox böyük həvəsi vardı. Bu səbəbdən başqa işlərdə bənd almırdı. Nəhayət, öz yolunu seçir. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvlərinin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən ZTR-82 A komandir kursunu bitirir. Gizir hazırlığı kursunu bitirmə haqqında GHN3090 sertifikatı da alır.

Azərbaycan Ordusunun giziri Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş,2020-ci ilin oktyabrın 28-də Füzuli döyüşləri zamanı snayper gülləsi ilə aldığı yaradan şəhid olmuşdur. O, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər məzarlığında torpağa tapşırılmışdır.

Cəbrayıl, Xocavənd və Füzuli rayonarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azadlığı uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",”Cəsur döyüşcü” medalları ilə təltif edilmişdir. Subay, ailənin tək oğlu, iki bacının bir qardaşı idi.

Allah rəhmət eləsin!
 
Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub
Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub
Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub
Şəhid İsmayılzadə Səməndərin anım günü qeyd olunub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ