SON DƏQİQƏ

Şəhid Zəka Abışov ad günündə ANILDI

Tarix:

28-03-2022, 16:45

/ 1 863 dəfə oxundu.
Şəhid Zəka Abışov ad günündə ANILDI

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində 19 mart 2001-ci ildə dünyaya göz açmış şəhid Abışov Zəka Zakir oğlunun doğum günü onun əzizləri və YAP aktivləri tərəfindən Sahil qəsəbəsində yad edildi.
Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur.
2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibçisi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka Abışov həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.
Zəka Abışov Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və 21.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Abışov Zəka Zakir oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Rəsmiyyə HEYBƏTAĞAQIZI
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ