
İyulun 20-dən 21-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinin (UHQ) 209 pilotsuz uçuş aparatını (PUA) vurub.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu zamanı Rostov, Ryazan və Kaluqa vilayətləri, eləcə də Moskva vilayəti və Rusiyanın işğalı altında olan Krım da daxil olmaqla on bir bölgəyə zərbə endirilib. Bundan əlavə, Azov dənizi və Qara dəniz üzərində PUA-lar vurulub.
Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələri haqda məlumat verilmir.































