SON DƏQİQƏ
» » Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı

Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı

Tarix:

31-03-2022, 18:35

/ 2 660 dəfə oxundu.
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı

31 mart 2022-ci ildə, saat 11:00-da  Qaradağ rayonunun Sahil qəsəbəsində Soyqırımı qurbanları abidəsinin qarşısında əklilqoyma mərasimi keçirilmişdir.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı və aparat üzvləri, YAP Qaradağ rayon təşkilatının fəalları, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin  rəhbərləri, şəhid ailəlləri və qazilər iştirak etmişlər. 

Daha sonra tədbir iştirakçıları Qobustan qəsəbəsində  Aşıq Rza adına mədəniyyət evində soyqırımı ilə bağlı tədbiri davam etdirmişlər. Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur.   Lahiyə çərçivəsində hazırlanmış "Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz" adlı kitabça  tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz  haqqında qısa məlumat verilir. 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, onun müavinləri, Hümanitar və ictimai-siyasi məsələlər üzrə şöbə müdiri, 91-lərin və YAP Ağsaqqallar Şurasının üzvü Munis Bayramov, RİH Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü  Səbinə Xasayeva,  Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına  Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova, Qobustanın "Şamlı Məsçidi” dini icmasının rəhbəri Hacı Qaraoğlan Həsənov, Qobustan qəsəbəsi 222 saylı tam orta məktəbin müəlliməsi Rasimə Şahbazova, Qobustan qəsəbəsi "Şəngülüm” körpələr evinin müdiri Dünyaxanım Zülfüqarova, şəhid ailələrinin üzvləri, qazilər iştirak və çıxış etmişlər. Tədbirin bədii hissəsində Qaradağ rayonu  Qobustan  Qəsəbəsi 223 və 195  saylı tam orta məktəb şagirdləri 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədər şeirlər  söyləmişdir. Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunmuşdur.

Tədbir iştirakçıları verdikləri maliyyə və təşkilatı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına  Dövlət Dəstəyi Agentliyinin  rəhbərliyinə öz təşəkkürünü və minnətdərlığını bildirmişlər.

Qeyd edək ki, "Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar” layihəsi çərçivəsində şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri ilə növbəti tədbirin  keçirilməsi Qaradağ rayonunun  Ələt qəsəbələrində nəzərdə tutulmuşdur.

İlkin Əliyev - Gənc Politoloqlar Mərkəzinin sədri               
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı
Qaradağ rayonunda 31 Mart Soyqrım qurbanları anıldı     
скачать dle 12.1

Şərhlər