SON DƏQİQƏ

Cəsur döyüşçü ad günündə ANILDI

Tarix:

28-03-2022, 16:51

/ 2 043 dəfə oxundu.
Cəsur döyüşçü ad günündə ANILDI

Qaradağ rayonunun Lökbatan qəsəbəsində 5 mart 1995-ci ildə dünyaya göz açmış şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun doğum günü onun əzizləri və YAP aktivləri tərəfindən Lökbatan qəsəbəsində 11 mart 2022-ci ildə yad edildi. Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Seyidməmməd oğlu Musaoğlu 5 mart 1994-cü ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində doğulmuşdur. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsil almışdır. BDU məzunu olmuşdur. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərmişdir.
2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, oktyabrın 16-da Ağdərə döyüşləri zamanı şəhid olmuş və Qaradağ rayonunun Lökbatan qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik, qəhrəmanlıq və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarıına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda", "Suqovuşanın azad edilməsinə” görə və "Cəsur Döyüşçü” medalları ilə təltif edilmişdir.
Gül adlı qızı yadigar qalmışdır.
Allah rəhmət eləsin!
Şeyla Nəsirova

Cəsur döyüşçü ad günündə ANILDI

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ