GunAz.az xəbər verir ki, Qaradağ rayonunda Xocalı soyqırımının 30 illiyi qeyd edildi.
2022-ci ilin fevralın 25-də Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 30-cu ildönümü münasibəti ilə "Nəsillərdən nəsillərə ötürülən qan yaddaşımız" mövzusunda dəyirmi masa təşkil edildi. Heydər Əliyev Mərkəzinin rəhbəri, YAP Ərazi Partiya Təşkilatının sədri Leyla Nəcəfovanın təşkilatçılığı ilə təşkil edilən tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və rayon aktivləri, Xocalı rayonundan olan sakinlər, şəhid ailələri və gənclər iştirak və çıxış etmişlər.