SON DƏQİQƏ
» » YAP Sabunçu rayon təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirildi

YAP Sabunçu rayon təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirildi

Tarix:

26-06-2023, 12:13

/ 2 869 dəfə oxundu.
YAP Sabunçu rayon təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirildi

GunAz.az xəbər verir ki, YAP Sabunçu rayon təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirdi ki, ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. 
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək bildirdi ki, müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Muğan Məmmədov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Əvəz Aslanov, 20 Yanvar cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Rövşən Abbasov, veteran YAP üzvü Sabir Allahverdiyev qeyd etdilər ki, müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib Ordu kimi adını həkk etdirdi.
Tədbirin sonunda bir qrup hərbçi fəxri fər
man və diplomlarla təltif olundu.
Sonda xatirə şəkili çəkdirildi.




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ