SON DƏQİQƏ

Tarixi əhəmiyyətə malik olan bir gün-15 İYUN

Tarix:

12-06-2023, 18:20

/ 2 833 dəfə oxundu.
Tarixi əhəmiyyətə malik olan bir gün-15 İYUN

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, bayramların bayramıdır. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan Araz Xudadanov bildirib ki, Ulu Öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi.
Daha sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir. Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Çıxış edən  YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasər komitəsinin sədri Tahir Rzayev 1991-1993-cü illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlandığını vurğulayaraq Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ulu Öndərin yenidən hakimiyyətlə gəlməklə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynadığını vurğulayıb.
Sonda xatirə fotosu çəkdirilib.
Gunel ƏHMƏDQIZI

 

 

 

 

 

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ