SON DƏQİQƏ
» » Sabunçu rayonunda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib

Sabunçu rayonunda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib

Tarix:

30-03-2023, 19:00

/ 1 604 dəfə oxundu.
Sabunçu rayonunda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib


 30.03.2023-cü il tarixdə Sabunçu Rayon  İcra Hakimiyyəti və YAP-ın Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi.
Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin "Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur”, "Heydər Əliyevin azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları”, "Heydər Əliyev ideyaları və azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin "Sahilsiz Təzadlar”, "Sahibsiz kölgələr”, "Sarvansız zamanlar” əsərlərinin nümunəsində” mövzularında alimlər, yazıçılar və ziyalılar çıxışlar ediblər.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, B.ü.f.d., dosent, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü Sadıq Qarayev, AMEA tarix institutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filosof, şair Hacı Loğman Qorqud,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kredo qəzetinin baş redaktoru, jurnalist Elirza Xelefli , AMEA fəlsəfə institutunun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov , Azərbaycan Yazıçılar Birliyinin üzvləri Latifa Oruc  və Arzu Asad,  Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Veli Seferov Qaracayli,  Yazıçı , Publisst Haci Ilham Qurbanoglu , B.f.d., dosent Eldar Əliyev, Şair AYB üzvü Ilham Qazaxli  İiştirak və çıxışlar edibdirlər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ