SON DƏQİQƏ
» » Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

Tarix:

4-03-2023, 23:05

/ 2 532 dəfə oxundu.
Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

"Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: Yazıçı- alim Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda  alim, yazıçı və ziyalıların iştirakıyla tədbir keçirilib.
Tədbirdə AMEA- nın əməkdaşları, AYB-nin üzvləri və bir çox ziyalılar iştirak ediblər.
Tədbirdə tənqidçi, AYB üzvü Esad Cahangir, K.t.e.d., Vugar Salimov , Kredo qəzetinin baş redaktoru AYB üzvü Elirza Xelefli , Tarix ü. e.d, İlham m (AMEA), tarix ü.f.d Yaqut Emirova ( AMEA), fəlsəfə ü.f.d Sənan Həsənov ( AMEA), Yazıçı, şair AYB üzvü Elşad Barat , filologiy.ü.f.d Leman Suleymanova , yazıçı AYB üzvü Etibar Yaqubov Muradxanlı , yazıçı filosof AYB üzvü Hacı Loğman Qorqud , şair, AYB üzvü Vəli Qaraçaylı,  şair AYB üzvü Arzu Əsəd ziyalılardan Alim Ismayil , Şamil Sabiroğlu ,  Habil Seyidov , Vusal Resulov , Babək Əliyev, gənc tənqidçi Medet Famil çox yadda qalan və fərqli baxışlardan çıxış etdilər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, " Sahilsiz Təzadlar", " Sahibsiz kölgələr", " Sarvansız zamanlar" əsərlərindəki Heydər Əliyev ideyaları və azərbaycançılıq məfkurəsindən  danışdılar.
Sonda Yazıçı-alim Sadıq Qarayev hər bir iştirakçıya və İnstitun rəhbərliyinə,  "And", " Aləmlərin söhbəti" yazılarını səsləndirən, tədbirin təşkilatçılığında zəhmət çəkən hərbiyyəlilərə, Azədə xanıma, Məzahir müəllimə, orda səsləndirilən, hamının coşqu ilə alqışladığı " Azərbaycançılıq məfkurəsi" yazısına videoçarx hazırlanmasında zəhmət çəkən, füsunkar səsilə səsləndirən Arzu Heydərova  xanıma, Pərviz Agayevə, Yaşar Şairoğluna təşəkkürünü və ehtiramını bildirdi.
Rəsmiyyə Heybətağaqızı

Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

 


 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ