SON DƏQİQƏ
» » AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi

Tarix:

11-07-2022, 20:56

/ 1 615 dəfə oxundu.
AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi

AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib.

Mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat olunub. Amma səhhəti getdikcə ağırlaşıb və bu gün dünyasını dəyişib.

Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ