SON DƏQİQƏ

AMEA-nın köhnə prezidenti vəfat etdi

Tarix:

21-06-2022, 11:44

/ 1 083 dəfə oxundu.
AMEA-nın köhnə prezidenti vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Eldar Salayev vəfat edib.

Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.

1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə "fizika-riyaziyyat elmləri doktoru" alimlik dərəcəsini alıb, 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib.

1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti kimi fəaliyyət göstərib.

скачать dle 12.1

Şərhlər