SON DƏQİQƏ

Ramiz Mehdiyevdən yeni təyinat

Tarix:

2-10-2021, 10:42

/ 4 119 dəfə oxundu.
Ramiz Mehdiyevdən yeni təyinat

Akademik, keçmiş millət vəkili Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin dünən keçirilən iclasında qərar qəbul edilib.

Həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ