SON DƏQİQƏ
» » “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”

“Azərbaycan dövlət müstəqilliyi əbədidir!”

Tarix:

6-05-2023, 10:27

/ 2 287 dəfə oxundu.
“Azərbaycan dövlət müstəqilliyi əbədidir!”

GunAz.az xəbər verir ki, 05.05.2023-cü il tarixdə YAP Sabunçu rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbəsi Mədəniyyət  Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Azərbaycan dövlət müstəqilliyi əbədidir!” mövzusunda tədbir keçirilmişdir. 

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzinin sakinləri, qazilər, məktəblilər, ictimiyyət nümayəndələri iştirak edirdilər.

Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov "Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Araz Xudadanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran dahi şəxsiyyət olduğunu bildirib, onun misilsiz xidmətləri üzərində dayanıb.

Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.
 “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”
 “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”
 “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”
 “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”
 “Azərbaycan dövlət müstəqilliyi əbədidir!”
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ