SON DƏQİQƏ
» » Sabunçu rayon təşkilatında Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirilib

Sabunçu rayon təşkilatında Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirilib

Tarix:

2-12-2022, 14:58

/ 2 440 dəfə oxundu.
Sabunçu rayon təşkilatında Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında 3 dekabr- Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə fiziki məhdudiyyətli insanlar, Şəhid ailələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin Sabunçu rayon filialının fəal üzvləri iştirak etmişdir. Tədbir Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov dövlətimiz tərəfindən fiziki məhdudiyyətli insanlara, o cümlədən müharibə əlillərinə, Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. Z.Cəfərov tədbir iştirakçılarına bildirmişdir ki, təməli Heydər Əliyevin prezidentliyi dövründə qoyulmuş güclü Azərbaycanı zəfərə daşıyan Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunan müharibə iştirakçıları bu gün cəmiyyətdə layiqli olduqları yerdədirlər. Qeyd olunmuşdur ki,Cənab Prezidentin bu təbəqəyə dair imzaladığı fərman və sərəncamlar,onların rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Sonra çıxış edən İB-in Sabunçu rayon filialının sədr vəzifəsini icra edən Çıngiz Tağıyev, fəal üzvlər Orxan Orucov, Arif İskəndərov və başqaları daim dövlətin və dövlət rəhbərinin yanında olduqlarını bildirmişlər və göstərilən diqqət və qayğıya görə ölkə başçısına, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda YAP-ın yaradılmasının 30 illiyi münasibətilə Çingiz Tağıyev və Arif Səmədov partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinı görə Fəxri fərmanlarla təltif olunmuşlar. İB-in Sabunçu rayon filialı da fərqlənən üzvlərini mükafatlandırmışdır. Sonda xatirə şəkli çəkdirilmişdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ