SON DƏQİQƏ

Heydər Əliyev və milli-mədəni irsimiz

Tarix:

19-04-2023, 22:05

/ 2 079 dəfə oxundu.
Heydər Əliyev və milli-mədəni irsimiz

2023-cü il aprelin 19-da Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Bakı şəhər üzrə Təhsil İdarəsi rəisinin mavini Hüseyn Əsgərov, Qaradağ rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon məktəblərinin direktorları və müəllim-şagir heyəti iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara ümumilli lider Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verildi.

 Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın birgə həyatıından və fəaliyyətlərindən bəhs edən video-çarx nümyiş etdirildi.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ərəfəsində təşkil edilən akademik seminarın təşkilinin əhəmiyyətini qeyd etdi. Milli Məclisin komitə sədri Sadiq Qurbanova vəBakı şəhər üzrə Təhsil İdarəsi rəisinin mavini Hüseyn Əsgərova YAP rayon təşkilatının dəvətini qəbul edərək akademik seminarın təşkilinə verdiyi razılığa görə minnətdarlığını bildirdi. O, vurğuladı ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin gənclərimiz, xüsusən də şagirdlərimiz tərəfindən daha dərindən mənimsənilməsində belə seminarların təşkili mühüm əhəmiyyətə malikdir.

Tədbirdə "Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən böyük fədəkarlıqla qorunaraq hifz edilən milli-mədəni irsimizin gənc nəslə ötürülməsi böyük vəzifə kimi qarşıda durur. Komitə sədri vurğuladı ki, bu istiqamətdə Ümumilli liderin zəngin irsi ən yükəsk qiymətə layiqdir və gənc nəsil onu xüsusi maraqla öyrənməlidir. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olan bu irs bundan sonra da 100 illər ərzində öyrənilərək, gələcək nəsillərin yoluna Günəş kimi doğacaq.

Ulu öndərin zəngin dövlətçilik fəaliyyətindən danışan S.Qurbanov bildirdi ki, onun müəyyən etdiyi inkişaf xətti zəngin türk tarixinə əsaslanır və tarixi varislik, dil, adət və ənənələrin qorunması, mədəni irsimizə sadiqlik kimi prinsplərə söykənir. Bu dəyərlərin qorunmasında və inkişafında ziyalıların xüsusi rolunu dərindən dərk edən Ümummilli lider onların yaradıcılığının inkişafına lazımi şərait yaratmaqla yanaşı, həmin şəxslərin represiylardan qorunmasına da xüsusi diqqət yetirirdi. Məhz bu diqqət və qayğı nəticəsində həmin ziyalılar tərəfindən yaradılmış xalqımızın milli-mədəni irsi lazımi səviyyədə qorunaraq gələcək nəsillərə çatdırılmaqdadır.

Çıxışının sonunda Ulu öndər Heydər Əliyevin irsinin gənc nəsl tərəfindən öyrənilməsinin mühüm önəm daşıdığını qeyd edən komitə sədri tədbirin təşkilinə görə Qaradağ rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, şagirdlərin Ümumilli liderin zəngin fəaliyyəti ilə bağlı çoxsaylı sualları Milli Məclisin komitə sədri tərəfindən ətrafl cavablandırıldı.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə fotosu çəkildi.

 

              Azad Rzazadə

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 

Heydər Əliyev və milli-mədəni irsimiz

 



скачать dle 12.1

Şərhlər