SON DƏQİQƏ

Ana dilimiz dövlət siyasətinin təzahürüdür

Tarix:

12-04-2023, 10:05

/ 2 698 dəfə oxundu.
Ana dilimiz dövlət siyasətinin təzahürüdür

 Qaradağ rayonunda "Heydər Əliyev İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilb.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev,  rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, rayon məktəblərinin direktorları, dil və ədəbiyyat müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.Ana dilimiz dövlət siyasətinin təzahürüdür
   Tədbirdən əvvəl Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində bu tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib.
O bildirib ki, hələ Sovetlər İttifaqı dövründə məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra da Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olunuşdur”.
   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva çıxışında bildirmişdir ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Professor qeyd edib ki, ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.
   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında Ulu Öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Azərbaycan dili barədə Ümummilli Lider Heydər Əliyevin qoyduğu ənənə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müdrikcəsinə davam etdirilir.
   Tədbir müzakirə formatında davam etmiş, gənclərimizin tərbiyəsi zamanı ana dilinin təbliğ edilməsi tövsiyə edilmişdir.
Azad RZAZADƏ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ