SON DƏQİQƏ
» » Qaradağda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

Qaradağda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

Tarix:

13-06-2023, 20:27

/ 3 036 dəfə oxundu.
Qaradağda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

GunAz.az xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə "Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının nümayəndələri, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzərək dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonuna səfərləri ilə əlaqədar "Heydər Əliyev və Qaradağ” adlı videoçarx nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 30 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov Yeni Azərbaycan Partiyasının yaranmasından, Ulu öndərin respublikanın çətin vəziyyətdən çıxması yolunda verdiyi məsləhətlərdən, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması barədə xatirələrini danışdı. O, vurğuladı ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmadan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. 
Sonra çıxış edənlər: Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, 288 nömrəli tam orta məktəbin tarix müəllimi Sultan Bayramova və 233 nömrəli tam orta məktəbin tarix müəllimi Azər Allahverdiyev bildiriblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində dövlətimizin iqtisadi qüdrəti durmadan artmış, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmış, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənmiş, xalqımızın sosial rifahı günbəgün yaxşılaşmışdır. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edildi ki, bu gün Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əllərindədir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman  Mikayılov tədbiri yekunlaşdıraraq Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ