SON DƏQİQƏ
» » Qaradağ rayonunda “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

Qaradağ rayonunda “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

Tarix:

11-04-2022, 21:24

/ 1 018 dəfə oxundu.
Qaradağ rayonunda  “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi


      Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprelin 11-də  keçirilən növbədənkənar prezident seçkilərində yenidən prezident seçilməsinin dördüncü ildönümünə həsr olunmuşdu.

Tədbir iştirakçıları tərəfindən İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.   Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva,  YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və  siyasi xətti respublikamızı ağır sınaqlardan qələbə ilə çıxarmış və milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Ölkəmizdə yaranmış sabit ictimai-siyasi mühit və tərəqqiyə gedən yolun başlanğıcı qoyuldu.Ümummilli liderin  layiqli siyasi varisi olan  İlham Əliyev tərəfindən bu yol hazırda yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir.
            Daha sonar natiq qeyd etdi ki, bu uğurlu fəaliyyətin  nəticəsidir ki, xalqımız 2018-ci il aprelin 11-də keşirilən növbədənkənar prezident seçkilərində dördüncü dəfə öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Son 19 ildə cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir,  qeyri-neft sektoru genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, tikinti-quruculuq işləri davam etdirilir,  ölkəmizin müdafiə qudrəti artırır, milli-mənəvi dəyərlərin təbliği üçün  paytaxtımız və regionlarımız mötəbər beynəlxalq məclislərə ev sahibliyi edir.
S.Mikayılov  Müzəffər Ali Baş Komandan kimi İlham Əliyevin 44 günlük Vətən  Müharibəsində ordumuza ümumi rəhbərliyi həyata keçirərək Böyük qələbəyə nail olnmasında onun sərkərdəlik məharətinin xüsusi rol oynadığını da  qeyd etmişdir. 

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışında  Azərbaycanın bugünkü uğurlarının bünövrəsinin 1969-cu ilin iyulundan Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi nəticəsində qoyulduğunu, lakin 1987-ci ildə ulu öndər hakimiyyətdən gedəndən sonra Azərbaycanda  iqtidara gələn qüvvələrin səriştəsizliyi nəticəsində xalqımızın başına fəlakətlər gəldiyini, daha sonra, ikinci dəfə, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra xalqımızın təkrar bu bəlalara düçar olmaması üçün öz siyasi varisi kimi İlham Əliyevi  tövsiyyə etməsini, Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin isə 2003-cü ildən bu günə qədərki uğurlu fəaliyyətini detallarla vurğuladı və 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərini zəruri edən amilləri açıqladı. Natiq dörd il bundan öncə keçrilən prezident seçkilərində xalqımızın bir daha müdriklik göstərdiyini, düzgün seçim etdiyini və   2-ci Qarabağ müharibəsində Böyük  zəfər ilə nəticələndiyini bildirdi.O, əldə olunan bütün nəaliyyətlərin kökündə Heydər Əliyev siyasi kursunun və bu kursun ən layiqli davamçısı olan  YAP sədri və ölkə rəhbəri cənab İlham Əliyevin yeritdiyi düzgün xarici və daxili siyasətin olduğunu  qeyd etdi.

Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında cənab Prezidentinin sayəsində ölkəmizin iqtisadi cəhətdən inkişaf etdiyini, Azərbaycanın bu gün bölgədə əsas söz sahibi olduğunu, respublikamızda qlobal lahiyələrin reallaşdırıldığını, beynəlxalq aləmdə mövqeyimizin günü-gündən möhkəmləndiyini, elm və təhsildə yeni informasiya texnologiyalarının tətbiq olunduğunu, müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda  uğurlu addımlar atıldığını, ölkəmizin bölgəmizin həlledici söz sahiblərindən birinə yüksəldiyini bildirdi.

Milli Məclisin deputatı Səbinə Xasayeva cənab Prezidentin gənclərə göstərdiyi diqqət, qayğıdan danışdı, dövlət və gənclər siyasətinin uğurlarını vurğuladı.    

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq iştirakçılara təşəkkürünü bildirdi.

Rəsmiyyə HEYBƏTAĞAQIZI

Qaradağ rayonunda  “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

 

Qaradağ rayonunda  “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ