SON DƏQİQƏ
» » QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçirildi

QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçirildi

Tarix:

4-02-2023, 11:38

/ 2 380 dəfə oxundu.
QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçirildi

03.02.2023-cü ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatı tərəfindən dəyirmi masa keçirildi. Bir qrup YAP fəalları fəxri fərmanla təltif olundu

Dəyirmi masada iştirak edən Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar Məsələlər Şöbəsinin müdiri, məşhur 91-lərdən biri olan Munis Bayramov öz çıxışına Ümummilli lider Heydər Əliyevin bu fikri ilə başlayıb:
"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Daha sonra Munis Bayramov qeyd edib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması Azərbaycan dövləti üçün həmişə dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olub. 
Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində gənclərin roluna həmişə xüsusi fikir verib, müxtəlif dövlət qurumlarında, mədəni, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakına şərait yaradıb, xüsusilə də gənclərin xaricdə təhsilinə və tələbə-inşaat dəstələrinin Rusiya və digər respublikalara göndərilməsi məsələsinə önəm verib.
Dəyirmi masada çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva ulu öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinın, hərbi məktəblərin açılmasını, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün göndərilməsini və müasir ixtisaslara yiyələnməsini xatırladıb. O qeyd edib ki, Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində, bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi". Dəyirmi Masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dövlət gənclər siyasətinin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərindən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olduğunu, onun yenidən hakimiyyətə gəlməsindən sonra ilk görüşünün məhz gənclərlə keçirdiyini, 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini, orada "Müasir Azərbaycanın gələcəyi bütövlükdə bugünkü sağlam düşüncəli gənclərin əlində olacaqdır” -sözlərini xatırladıb. Daha sonra Qafar Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən birinin də məhz gənclərlə iş olduğunu, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədinin milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi təşkil etdiyini bildirib. Natiq 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalanmasını, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formunun keçirilməsini, 1997-ci il 2 fevral tarixində imzalanmış fərmana əsasən həmin tarixi günün "Azərbaycan gəncləri günü” elan edilməsini gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarları isə gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 6 saylı Uşaq Sommatik Sanotoriyasının tərbiyəçisi Türkanə Əliyeva öz çıxışında qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hələ 1997-ci ildə MOK-un prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı dünya idman arenasında tanıtmaq məqsədilə ölkədə olimpiya hərəkatının genişlənməsinə xidmət edən siyasətin əsasını qoydu. Qısa müddət ərzində regionlarda 26 olimpiya idman kompleksinin tikilərək istifadəyə verilməsi bu siyasətin uğrundan xəbər verir.
Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Amil Şamilzadə çıxış edərək dövlət başçısının 2007-ci ili gənclər ili elan etməsini çox mühüm tarixi hadisə kimi yada salıb. O "bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutur və möhtərəm prezidentimiz İlham Əliyevin xarici və daxili siyasətini birmənalı dəstəkləyir".-deyərək fikrini tamamlayıb.

Azad Rzazadə
 
QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçirildi
QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçirildi
скачать dle 12.1

Şərhlər