SON DƏQİQƏ

Parlaq qələbə-ZƏFƏR GÜNÜ

Tarix:

3-11-2023, 18:04

/ 1 910 dəfə oxundu.
Parlaq qələbə-ZƏFƏR GÜNÜ

GunAz.az xəbər verir ki, YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş növbəti tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütüvlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi.

Daha sonra çıxış edən 187 saylı orta məktəbin direktoru Gülnarə Məmmədova qeyd edib ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycanin Müzəffər Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib eyni zaman da Erməni mifini də məhv etdi.

Tədbir daha sonra bədii hissə ilə davam edib və sonda xatirə şəkli çəkdirilmişdir.







скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ