SON DƏQİQƏ

Azərbaycan xalqının tarixi nailiyyəti-8 NOYABR

Tarix:

2-11-2023, 22:43

/ 4 205 dəfə oxundu.
Azərbaycan xalqının tarixi nailiyyəti-8 NOYABR

YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı, 4 saylı Bakı Asan Xidmət Mərkəzi Asan könüllülərinin və 96 saylı orta məktəbin birgə iştirakı ilə 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. 10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi.
Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. 
4 saylı Bakı Asan Xidmət Mərkəzinin direktoru Arzu Mirzəyeva bildirib ki, Azərbaycan xalqı hələ o dövrlərdən etibarən içində həsrət çəkirdi. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, şəhidlərimizin qanı, qazilərimizin şücaəti, xalqımızın birliyi hesabına torpaqlarımız işğaldan azad olundu və biz bunu yüksək qiymətləndiririk. Xalqımız bu zəfəri heç vaxt unutmayacaq.
96 saylı orta məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək qeyd edib ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir.
Tədbir daha sonra bədii hissə ilə davam edib və sonda xatirə şəkli çəkdirilmişdir.
Rəsmiyyə HEYBƏTAĞAQIZI









скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ