SON DƏQİQƏ

Real ikinci transferini açıqladı

Tarix:

11-06-2022, 20:03

/ 1 231 dəfə oxundu.
Real ikinci transferini açıqladı

"Real”ın yay fasiləsində heyətinə cəlb etdiyi ikinci futbolçu rəsmən müəyyənləşib.

 

Antonio Rudigerdən sonra "Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni də "kral klubu”na keçib.

Madrid təmsilçisi 22 yaşlı orta sahə oyunçusunun keçidini tvitter səhifəsi vasitəsilə bəyan edib. Hələlik transferin ispanlara neçəyə başa gəlməsi və müqavilənin digər detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Orelyen Çuameni "Monako”ya 2020-ci ildə "Bordo”dan keçib.

скачать dle 12.1

Şərhlər