SON DƏQİQƏ

Real Madrid İspaniya çempionu oldu

Tarix:

30-04-2022, 20:44

/ 4 262 dəfə oxundu.
Real Madrid İspaniya çempionu oldu

İspaniyanın "Real Madrid" komandası tarixində 35-ci dəfə İspaniya La Liqasının qalibi olub.

Kral klubu yubiley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. "Espanyol"u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Bununla xallarını 81-ə çatdıran "Real Madrid" ən yaxın izləyicisi "Sevilya"nı 17, potensial izləyicisi "Barselona"nı 18 xal geridə qoyub.

скачать dle 12.1

Şərhlər