SON DƏQİQƏ

Real Madrid superkuboka sahib oldu

Tarix:17-01-2022, 08:07 Oxunub:1 096

Yanvarın 16-da futbol üzrə İspaniya Super kubokunun final görüşü keçirilib.

Turnirin son qalibi "Atletik Bilbao” klubu "Real Madrid” komandası ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd” stadionunda baş tutan gərgin görüşdə Madrid təmsilçisi üstün olub – 2:0.

 

Oyunda hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. Fasilədən sonra "kral” klubu hesab arasındakı fərqi iki topa çatdıraraq oyunda qalib gəlib. Kərim Benzema hakimin təyin etdiyi penaltini dəqiq yerə yetirib.

Matçın 87-ci dəqiqəsində Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 89-cu dəqiqəsində "Atletik Bilbao” 11-metirlik cərimə zərbəsi vurmağı şansı qazanıb. Topa yaxınlaşan Raul Qarsiya fürsəti əldən verib.

Beləliklə, "Real Madrid” qələbə qazanaraq tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub. Madridlilər sonuncu dəfə 2017-ci ildə kuboku başı üzərində qaldıra biliblər

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<