SON DƏQİQƏ

"Qarabağ" növbəti transferini açıqladı

Tarix:

31-01-2022, 13:18

/ 1 247 dəfə oxundu.
"Qarabağ" növbəti transferini açıqladı

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

"Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb.

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. "Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ