SON DƏQİQƏ
» » Azərbaycanda ən çox qazananlar kimlərdir? – Siyahı

Azərbaycanda ən çox qazananlar kimlərdir? – Siyahı

Tarix:

Bu gün, 15:18

/ 3 783 dəfə oxundu.
Azərbaycanda ən çox qazananlar kimlərdir? – Siyahı

Azərbaycanda əmək bazarında maaş fərqləri iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi şəkildə dəyişir.
GunAz.az-ın xəbərinə görə, “Bakupost” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, ölkədə orta aylıq nominal əməkhaqqı 1 175 manat olsa da, bəzi sektorlarda bu göstərici orta maaşı iki, hətta üç dəfə üstələyir.
Ən yüksək əməkhaqqı ödənilən sahələrin siyahısına mədənçıxarma sənayesi başçılıq edir.
Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4 405,7 manat təşkil edir. Qeyri-dövlət sektorunda isə maaş daha yüksək – 5 289,4 manat, dövlət müəssisələrində isə 2 555,6 manatdır.
İkinci yerdə maliyyə və sığorta fəaliyyəti qərarlaşıb. Bu sahədə orta aylıq əməkhaqqı 3 185,9 manatdır. Dövlət sektorunda çalışanların orta maaşı 4 797,3 manat, özəl sektorda isə 2 824,1 manat təşkil edir.
İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. İKT sahəsində orta əməkhaqqı 2 133,6 manatdır. Özəl sektorda bu göstərici 2 268,7 manat, dövlət sektorunda isə 1 916 manat təşkil edir.
Yüksək maaş verilən sahələr sırasında peşə, elmi və texniki fəaliyyət də yer alır. Burada orta aylıq əməkhaqqı 1 949,9 manat, özəl sektorda isə 2 379 manat səviyyəsindədir. Hüquq, mühəndislik, konsaltinq və elmi-tədqiqat istiqamətləri bu kateqoriyaya daxildir.
Beşinci pillədə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsi qərarlaşıb. Orta əməkhaqqı 1 734,7 manat təşkil edir. Ardınca nəqliyyat və anbar təsərrüfatı gəlir. Bu sahədə orta maaş 1 570,7 manatdır.
Ən yüksək əməkhaqqı olan sahələr belədir:
Sıra  İqtisadi fəaliyyət sahəsi  Orta aylıq əməkhaqqı (manat)
1) Mədənçıxarma sənayesi – 4 405,7
2) Maliyyə və sığorta fəaliyyəti – 3 185,9
3) İnformasiya və rabitə – 2 133,6
4) Peşə, elmi və texniki fəaliyyət -1 949,9
5) Dövlət idarəetməsi və müdafiə – 1 734,7
6) Nəqliyyat və anbar təsərrüfatı -1 570,7
7) Digər sahələrdə xidmətlərin göstərilməsi – 1 439,6
8) Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1 395,7
9) Tikinti – 1 244,9
10) Elektrik enerjisi, qaz və buxar təchizatı – 1 150,4
Qeyd edək ki, ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – 749,7 manat. Bundan başqa, ticarət, turizm və ictimai iaşə, su təchizatı, inzibati xidmətlər və təhsil sahələrində də orta əməkhaqqı ölkə göstəricisindən aşağıdır.
скачать dle 12.1

Şərhlər