SON DƏQİQƏ
» » Suriya radikal qruplaşmalardan birinin lideri öldürülüb

Suriya radikal qruplaşmalardan birinin lideri öldürülüb

Tarix:

23-12-2019, 17:50

/ 1 765 dəfə oxundu.
Suriya radikal qruplaşmalardan birinin lideri öldürülüb

Suriyada "Hurrasud-Din" radikal qruplaşmasının lideri öldürülüb.

GunAz.az xəbər verir ki, naməlum hava zərbələri nəticəsində əl-Qaidə tabeçiliyində olan "Hurrasud-Din" qruplaşmasının lideri Əbu-Xədicə əl-Urduni öldürülüb.

Məlumata görə qruplaşma lideri İdlib əyalətinin Tarmanin kəndi ərazisinə hava zərbələri endirilən zaman ölüb.

Hava zərbələrinin ABŞ koalisiyası tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Qeyd edək ki, Hurrasud-Din 2018-ci ildə əl-Qaidənin sabiq Suriya qanadı "ən-Nusra Cəbhəsi"nin parçalanmasından sonra varlığını elan edib. Ötən sentyabr ayında ABŞ hökuməti bu qruplaşmanın 3 üzvünün başına 5 milyon dollar pul qoymuşdu. Qruplaşma son iki ildə Suriyanın şimalında ordu qüvvələrinə hücumda fəal iştirak edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ