SON DƏQİQƏ
» » «Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib

«Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib

Tarix:

22-11-2019, 18:10

/ 1 970 dəfə oxundu.
«Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib

Suriya Ordusu "ən-Nusra Cəbhəsi" terror təşkilatının Hələb şəhərinin qərbindəki ər-Raşidin qəsəbəsinə etdiyi hücumun qarşısını alsa da terror təşkilatının Hələbin müxtəlif rayonlarına atdığı raketlər və mərmilər nəticəsində azı 7 nəfər həyatını itirib.

GunAz.az  xəbər verir ki, "ən-Nusra Cəbhəsi" terror təşkilatının Hələb şəhərinin müxtəlif rayonlarına atdığı raket və mərmilər 7 nəfərin həyatına son qoyub və 30 nəfərin yaralanması ilə nəticələnib.

Eyni zamanda Suriya Ordusu və Rusiya Hərbi Hava Qüvvələri Hələb və İdlib əyaləti ərazisində "ən-Nusra Cəbhəsi" terror təşkilatına və onun tabeçiliyində olan "Əcnadul-Quqaz"a hava zərbələri endiriblər.

Artıq iki gündür İdlib və Hələb əyalətlərində döyüş cəbhələrində qarşıdurmalar yenidən baş qaldırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər