
İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.
GunAz.az bu barədə TASS-a istinadən məlumat verir.
Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.