
İspaniya millisinin futbolçuları Qavi və Fabian Ruis 2026-cı il Dünya Kubokundakı qələbələrini qeyd etmək üçün doğma şəhərləri Los Palasios-i-Vilyafrankaya yollanıblar.
GunAz.az “Vanguardia” qəzetinə istinadla xəbər verir ki, onlar burada pomidorla mükafatlandırılıblar.
GunAz.az “Vanguardia” qəzetinə istinadla xəbər verir ki, onlar burada pomidorla mükafatlandırılıblar.
”Yerli sakinlər hər iki futbolçunu Bələdiyyə binasında təntənə ilə qarşılayıblar və onlara bələdiyyənin ən ənənəvi mükafatlarından birini - öz çəkiləri qədər pomidor təqdim ediblər”, - məlumatda qeyd edilib.
Mərasim zamanı pomidorların miqdarını müəyyən etmək üçün futbolçular tərəzidə çəkilib.
Qeyd edək ki, İspaniya 2026-cı il FIFA Dünya Kubokunun finalında Argentinanı 1-0 hesabı ilə məğlub edib. Matç əsas vaxtdan sonra 0-0 hesablı heç-heçə ilə başa çatıb və yeganə qolu ikinci əlavə vaxtda “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres vurub.































