Dünya Kubokunun qaliblərinə pomidor verdilər

Dünya Kubokunun qaliblərinə pomidor verdilər
İspaniya millisinin futbolçuları Qavi və Fabian Ruis 2026-cı il Dünya Kubokundakı qələbələrini qeyd etmək üçün doğma şəhərləri Los Palasios-i-Vilyafrankaya yollanıblar.
GunAz.az 
“Vanguardia” qəzetinə istinadla xəbər verir ki, onlar burada pomidorla mükafatlandırılıblar.
”Yerli sakinlər hər iki futbolçunu Bələdiyyə binasında təntənə ilə qarşılayıblar və onlara bələdiyyənin ən ənənəvi mükafatlarından birini - öz çəkiləri qədər pomidor təqdim ediblər”, - məlumatda qeyd edilib.
Mərasim zamanı pomidorların miqdarını müəyyən etmək üçün futbolçular tərəzidə çəkilib.
Qeyd edək ki, İspaniya 2026-cı il FIFA Dünya Kubokunun finalında Argentinanı 1-0 hesabı ilə məğlub edib. Matç əsas vaxtdan sonra 0-0 hesablı heç-heçə ilə başa çatıb və yeganə qolu ikinci əlavə vaxtda “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres vurub.
скачать dle 12.1
Geri qayıt