SON DƏQİQƏ
» » Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

Tarix:

13-05-2022, 16:27

/ 3 685 dəfə oxundu.
Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

Sabunçu rayon icra hakimiyyətinin Kürdəxanı bələdiyyə sədri Ağaəli Məsimovun özbaşnalığına göz yumması müəmmalı suallar doğurur

Azərbaycanın bütün sahələr üzrə, xüsusilə də, iqtisadi, mədəni, siyasi və hərbi cəhətdən dinamik inkişafı ölkəmizi nəinki regionun ümumilikdə, dünyanın ən aparıcı dövlətinə çevirib. Bu uğurlarla yanaşı vətəndaş cəmiyyəti institutlarının inkişafı, demokratik proseslərin sürətlənməsi, insan azadlıqlarına xüsusi diqqətin göstərilməsi Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu prosesilə inamla irəlilədiyini təsdiqləyir. Artıq dünya birliyinin demokratik dövləti olan Azərbaycanın razılığı və istəyi olmadan regionda hər hanısı bir qlobal layihənin reallaşması mümükün deyil. Bu baxımdan beynəlxalq təşkilatlar və ən aparıcı dövlətlər belə Azərbaycanla hesablaşırlar. Qısası tam qətiyyətlə qeyd etmək olar ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətidir. Təbii ki, sosai-iqtisadi sahədə inkişafın mövcudluğu hər bir ölkə vətəndaşın daha yaxşı, firavan, təhlükəsiz yaşamasına xidmət edir. Demək olar ki, ölkə əhalisinin sosial-iqtisadi durumu hər ötən gün daha da yaxşılaşır. İnsanların asudə vaxtlarının səmərəli təşkil edilməs üçün müasir standartlara cavab verən park və xiyabanlar salınır. Bu kimi işlərin sürətləndirlməsində yerli qurumlar, əsasən də bələdiyyələr öz tövhələrini verməyə çalışırlar.

Niyə bələdiyyələrə inamsızlıq var?

Düzdür Azərbaycan cəmiyyətində bələdiyyələrə qarşı inamsızlıq mövcuddur. Əksər vətəndaşlar bələdiyyə sədrlərini torpaq satan, vergidən daxilolmaları mənimsəyən, öz mənafeləri naminə komersiya fəaliyyəti ilə məşğul olan qurum rəhbərləri kimi tanıyır və qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, neqativ fəaliyyətləri ilə özləri haqqında ictima narazılıq yaradan bələdiyyələrin sayı kifayət qədər azdır və qanunsuzluğa yol verən bələdiyyələr haqqında qanuvericiliyin tələbinə uyğun olaraq hüquqi tədbirlər görülür. Ötın ilin nəticələri ilə bağlı Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, 2021-ci il də pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib: "2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3 mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb”.
Bələdiyyələrin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin yadığı məlumata görə, bələdiyyə sədrlərinin cinayət xarakterli əməlləri nəticəsində dövlətə 465 min 350 manat məbləğində ziyan dəyib. Görülən tədbirlər nəticəsində həmin vəsaitin böyük hissəsi dövlətə geri qaytarılıb.

Kürdəxanı bələdiyyə sədri torpaq satmaqla ad çıxarıb

Təbii ki, talançılığa yol verən bələdiyyə sədrləri həbs ediliblər. Bu kimi sərt cəza tədbirləri fonunda düşünmək olar ki, yeni formalaşan bələdiyyələr əvvəlkilərin qanunsuz hərəkətlərini təkralamayacaqlar. Ancaq aparılan araşdırmalar və çoxsaylı şikayətlər onu deməyə əsas verir ki, torpaq satmaq həvəsi, vergidən daxilolmaları mənimsəmək istəyi yeni bələdiyyələrin gözlərini kor, qulaqlarını kar edib. Sabunçu rayonu Kürdəxanı bələdiyyə sədri Ağaəli Məsimov və onun müavinin ənadrabadi hərəkətləri nəinki yerli əhali arasında, hətta ümumilkdə Bakı şəhərində çox böyük təccüb yaradıb. Bir zamanlar zeytun, taxıl, kök, çovdar, üzüm, tut, əncir, əzgil, nar yetişdirilməsi, qoyunçuluğun, maldarlığın inkişaf etməsi ilə şöhrət qazanmış Kürdəxanı indi torpaqların satılması səbəbindən öz tarixi şöhrətini tamamilə itirib. Bələdiyyə sədr Ağaəli Məsimov xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Kürdəxanı bələdiyyəsinə məxsus yüzlərlə hektar torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə ayrı-ayrı şəxslərə fərdi yaşayış evi tikintisi üçün satıb. Nəzərə almaq lazımdır ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, fərdi yaşayı üçün ayrılan torpaq sahələri hərrac və müsabiqə keçirilməklə satışı həyata keçirilməlidir. Özünü 20-ci əsrin əvvələrində mövcud olmuş qolçomaqlar kimi aparan Kürdəxanı bələdiyyə sədri Ağaəli Məsimov isə qanunlara əhəmiyyət vermədən, özü istədiyi şəxsə torpaqları qanusuz olaraq satır. Kürdəxanı bələdiyyə sədri torpaq alverini edərkən bəzən insanlara müvafiq sənəd vermir. Bildirir ki, get evini tik, sonra sənəd məsələsinə baxarıq. Vay o günə ki, evin tikintisi zamanı yuxarı inistansiyalar tikintini dayandıralar. Bu halda bələdiyyə sədri ilə bazarlıq etmiş vətəndaşın qara günləri başlayır.

Biçarə tikintinin sökülməsi ilə ona dəyən ziyan o yana qalsın, torpaq sahəsinin alınmasına görə, bələdiyyə sədrinə ödədiyi pulunu geri ala bilmir. Hətta bələdiyyə sədrinin özbaşnalığı o həddə çatıb ki, Kürdəxanı bələdiyyəsi ərazisinə aidiyyəti olmayan Nardaran, Bilgəh, Pirşağı, Maştağa, Məhəmmədi və Zabrat qəsəbələrin torpaq sahələrinə də sərəncam verib. "Niyə belə edirsən” sualnını etdikdə, "Sabunçu rayon icra hakimiyyətinin rəhbərliyi bu ərazilərin sərəncam vermək hüququnu mənə verib” deyir. Bu kimi hallar "Bələdiyyələrin statusu haqqlnda qanunu” bilərəkdən pozulması deməkdir. Ümumiyyətlə Kürdəxanı bələdiyyə sədri Ağaəli Məsimovun əməlində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri mövcuddur. Yəqin ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət vermək üçün əməli addımlar atcaq. Zərurət yaranarsa, biz də lazımı sənədlərlə istintaqa yardımçı ola bilərik.

Bələdiyyə sədri: "Mən belə istəyirəm, kimə istəyirsinizsə gedib, dərdinizi danışıb, kömək istəyə bilərsiniz”

Kürdəxanı qəsəbəsində əhalini narazı salan məqamlardan biri də ondan ibarətdir ki, bələdiyyə sədri Ağaəli Məsimovun başı dənizkənarı torpaq sahələrini satmağa qarşdığından qəsəbənin yollarının yararsız vəziyyətə düşməsidir. Sənaye və məişət tullantıları vaxtlı-vaxtında yığışdırılmadığından qəsəbədə anti-sanitar vəziyyət hökm sürür. Qəsəbə sakini Feyruz Məmmədovun və Qalib Həsənovun redaksiyamıza etdikləri telofon zəngində bildirdilər ki, suyun fasilələrlə verilməsi və kanalzasiya sisteminin işləməməsi qəsəbə əhalisinin yaşayışına əlavə çətinliklər yaradır: "Marşurut xətləri işləmir. Şəhərə gedib -gəlməkdə çətinlik çəkirik. Dəfələrlə bələdiyyə sədri Ağaəli Məsimov özünün və qohumlarının şəxsi ehtiyaclarının ödənilməsi məqsədilə avtobusları xətdən çıxarıb. Ona etiraz etdikdə, "mən belə istəyirəm, kimə istəyirsinizsə gedib, dərdinizi danışıb, kömək istəyə bilərsiniz”.

15 min nəfərə yaxın əhalisi olan qəsəbədə insanların asudə vaxtlarının təmin olunması üçün bir dənə də olsun, istirahət mərkəzi və ya park yoxdur. Düzdür dövlət büdcəsindən parkın salınması üçün maliyyə vəsaiti ayrılıb. Ancaq gözü torpaq satmaqla qazancını birə beş artıran bələdiyyə sədri A.Məsimov parkın tikintisi üçün ayrılan maliyyə vəsaitinə də göz tikib. Nəticə də, park əvəzində bələdiyyə sədrinə və qohumlarına məxsuz bir neçə dükan, bazar, kafe tikilərək icarəyə verilib.

Maraqlı məqam ondan ibarətdir ki, Kürdəxanı bələdiyyə sədri A.Məsimovun qanuna zidd əməlləri barədə Sabunçu rayon icra hakimiyyətinin baş bilənləri məlumatlı olsalar da, hər hası bir tədbir görməyə cəhdlər göstərməyirlər. Əksinə "əl-əli yuyar, əl də üzü” məsəlinə uyğun olaraq bir-birlərinə dəstək göstərirlər. Bundan ən çox əziyyət çəkən isə yerli əhali olur, həm də dövlət müəyyən problemlərlə üzləşir. Çünki, bələdiyyənin qanunsuz əməlləri səbəbindən vətəndaşlara maddi və mənəvi zərər dəyir. Dövlət vətəndaşlara dəyən zərəri ödəmək üçün tədbirlər görməli olur ki, bu da müəyyən hallarda çətinliklər hesabına başa gəlir. Bütün bunları nəzərə alaraq, insanları A.Məsimov kimi işbaz bələdiyyə sədrlərinin torundan qorunmaları üçün ehtiyatlı olmağa çağırırıq, ən azı özləri və dövlətin mənafeyi naminə.SIA

İ.ƏLİYEV

P.S. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 

Kürdəxanı bələdiyyə sədri özünü qolçomaq kimi aparır - ŞİKAYƏT - FOTOFAKT

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ