Suriya Ordusu İdlib əyalətinin cənub-şərqində hərbi əməliyyata başlayıb.
GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu əksər bölgələri ən-Nusra Cəbhəsi terror təşkilatının nəzarətində olan İdlib əyaətinin cənub-şərqində hərbi əməliyyata başlayıb.
Məlumata görə, ordu əməliyyatın ilk saatlarında Luvaybida kəndini nəzarətə götürüb.
Qeyd edək ki, iki ay öncə Türkiyə və Rusiyanın vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilmişdi.
N.SAFURA