SON DƏQİQƏ
» » Suriya prezidenti Bəşər Əsəd ilk dəfə olaraq İdlibdə döyüş cəbhəsinə baş çəkib

Suriya prezidenti Bəşər Əsəd ilk dəfə olaraq İdlibdə döyüş cəbhəsinə baş çəkib

Tarix:

22-10-2019, 17:50

/ 1 798 dəfə oxundu.
Suriya prezidenti Bəşər Əsəd ilk dəfə olaraq İdlibdə döyüş cəbhəsinə baş çəkib

 Suriyanın prezidenti Bəşər Əsəd ilk dəfə olaraq ölkənin İdlib əyalətinin cənubunda döyüş cəbhələrinə baş çəkib.

GunAz.az  bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.

Bildirilib ki, Suriya prezidenti qəfil İdlib əyalətinin cənubunda döyüş cəbhələrinə baş çəkib.

Qeyd edək ki, Suriya Ordusu yay aylarında sözgedən cəbhədə aparılan əməliyyatların nəticəsində Həma əyalətinin şimalını tam olaraq radikal "ən-Nusra Cəbhəsi" və onunla müttəfiq qruplaşmalardan azad etdikdən sonra İdlib əyalətinin cənub bölgələrinə daxil olub. Son günlərdə Türkiyənin "Barış pınarı" əməliyyatı fonunda bu cəbhələr də alovlanmağa başlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ