SON DƏQİQƏ
» » Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

Tarix:

20-08-2019, 17:30

/ 1 282 dəfə oxundu.
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

 "Heyət Təhrir-Şam" (ən-Nusra Cəbhəsi), "Ceyşul-İzzə" və onlarla müttəfiq olan qruplaşmalar Həma əyalətinin şimalında mühasirəyə düşməmək üçün bölgəni şimal istiqamətdə tərk ediblər.

GunAz.az xəbər verir ki, bu barədə müxalifət yönümlü "Suriya İnsan Hüquqları Müşahidə Qrupu" məlumat verib.

Bildirilib ki, "silahlı müxalifət" Həma əyalətinin şimalını tərk edib.

Qeyd edək ki, Suriya Ordusu Xan-Şeyxun şəhərinə qərb nahiyədən daxil olub. Bundan əlavə ordu Xan-Şeyxunu və bölgəni şimala birləşdirən yolu da nəzarətə götürüb. Bununla Murik, Taminə və Kəfər-Zita qəsəbələri daxil olmaqla Həma əyalətinin şimalında və İdlib əyalətinin cənubunda 20-dən çox yaşayış massivi mühasirəyə düşmək təhlükəsizlə üzləşib.

скачать dle 12.1

Şərhlər