SON DƏQİQƏ
» » Suriya Ordusu və qruplaşmalar əsir və məhbusların mübadiləsini həyata keçiriblər

Suriya Ordusu və qruplaşmalar əsir və məhbusların mübadiləsini həyata keçiriblər

Tarix:

1-08-2019, 19:38

/ 1 362 dəfə oxundu.
Suriya Ordusu və qruplaşmalar əsir və məhbusların mübadiləsini həyata keçiriblər

 Suriya Ordusu və Türkiyənin dəstək verdiyi "Fərat Qalxanı əməliyyatı" birləşmələri arasında əsir və məhbusların mübadiləsi həyata keçirilib.

GunAz.az əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Suriya Ordusu və qruplaşmalar arasında əsir və məhbusların mübadiləsi Hələb əyalətinin şərqində Dir-Qaq keçidində həyata keçirilib.

Məlumata görə tərəflər 15 əsir və məhbusun mübadiləsini həyata keçiriblər.

Qeyd edək ki, iki il öncə Rusiya və Türkiyənin vasitəçiliyi ilə baş tutan atəşkəs anlaşmasından sonra Hələb əyalətindəki döyüş cəbhələrində döyüşlər dayanıb. Hələb cəbhələrindən fərqli olaraq, İdlib əyalətinin cənubu və Həma əyalətinin şimalında şiddətli döyüşlər səngimək bilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ