SON DƏQİQƏ
» » Yəməndə məhbus və əsirlərlə bağlı gözlənilən mübadilə həyata keçirilməyə başlayıb

Yəməndə məhbus və əsirlərlə bağlı gözlənilən mübadilə həyata keçirilməyə başlayıb

Tarix:

27-05-2019, 11:06

/ 1 884 dəfə oxundu.
Yəməndə məhbus və əsirlərlə bağlı gözlənilən mübadilə həyata keçirilməyə başlayıb

Yəməndə husilərlə qarşı tərəf arasında əsirlərin və məhbusların mübadiləsi başlayıb.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə qərargahları paytaxt Sənada yerləşən "Əsirlərin Məsələləri üzrə Milli Komitə" məlumat verib.

Mənbə bildirib ki, ölkənin qərb sahilində əsirlərin və məhbusların mübadiləsi baş tutacaq.

Husilər elan edib ki, bu mübadilə çərçivəsində onların 66 döyüşçüsü azad ediləcək.

Mənbə husilərin azad edəcəyi məhbusların sayını açıqlamayıb.

Qeyd edək ki, ötən il Yəmənlə bağlı İsveçdə əldə edilən anlaşmaya əsasən tərəflər birbirinin minlərlə üzvünü azad etməli idilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ