SON DƏQİQƏ
» » “Avroviziya”ya bu ölkənin bayrağı ilə giriş qadağan edildi

“Avroviziya”ya bu ölkənin bayrağı ilə giriş qadağan edildi

Tarix:

2-05-2024, 20:02

/ 3 522 dəfə oxundu.
“Avroviziya”ya bu ölkənin bayrağı ilə giriş qadağan edildi

Mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2024” mahnı müsabiqəsinə Fələstin bayrağı ilə gələnlərin içəri buraxılmayacağı açıqlanıb.
GunAz.az xəbər verir ki, bu haqda Avropa Yayım Birliyi açıqlama yayıb.
Bildirilib ki, Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlər dayandırılacaq və əllərindəki əşyalar götürüləcək.
İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də  “Avroviziya 2024”də iştirakına qarşı Malmödə etiraz aksiyası keçiriləcəyi bildirilib.
İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini deyib.
Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini qeyd edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ